"Hazırda iqtidar-müxalifət dialoqu çərçivəsində növbəti görüş üçün hazırlıq işləri aparılır, müəyyən sənədlər hazırlanır". Bunu azvision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
YAP təmsilçisinin fikrincə, iqtidarla müxalifət nümayəndələrinin sayca üçüncü görüşü üçün təkliflər hazırlanır: "Bu təkliflər əsasında görüş olacaq. Hər bir siyasi partiya öz təklifini göndərib, onların arasında ən aktual olan məsələlər görüşdə müzakirə olunacaq. Görüşün vaxtı dəqiq müəyyənləşməyib".
Dialoqun bu ay baş tutub-tutmayacağına gəlincə, Siyavuş Novruzov aprel ayının hələ bitmədiyini deməklə kifayətlənib.
Qeyd edək ki, müxalifət partiya sədrləri ilə Prezident Administrasiyasının nümayəndəsi Əli Həsənov arasında sonuncu görüş fevralın 12-də baş tutub. Görüşdə dialoqun davam etdirilməsi və hər iki aydan bir keçirilməsi barədə qərar qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB