-Aydın müəllim, bir sıra beynəlxalq təşkilatların, Qərb siyasi dairələrinin Azərbaycana qarşı təzyiq və qərəz kampaniyaları daha da artıb. Sizcə, bu kimi addımların ölkəmizə hər hansı bir təsiri ola bilərmi?
-Son zamanlar, xüsusilə bugünlərdə bəzi Qər təşkilatların, eləcə də Avropa və ABŞ siyasi dairələrinin Azərbaycana qarşı başlatdıqları qərəz kampaniyaları ilk hal deyil. Ölkəmizin ictimai rəyi bunu daha öncələr də müşahidə edib. Ümumiyyətlə, Azərbaycan dövlətinin müstəqil siyasət yürütməsi, müxtəlif siyasi-iqtisadi məsələlərdə qətiyyətli qərarlar verməsi ölkəmizdə maraqlarını təmin etmək istəyən həmin qüvvələri qıcıqlandırır. Bu baxımdan, Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları ətrafında müxtəlif söz-söhbətlərin yaradılması qarşı tərəfə heç bir uğurlu nəticə verməyəcək.
Qərb Azərbaycandan demokrtatik dəyərləri öyrənməlidir
Onu da qeyd edim ki, həmin qüvvələr Azərbaycandakı siyasi, iqtisadi, sosial, hüquqi islahatlara kölgə salmağa çalışmaqla yanaşı, qeyri-obyektiv, ədalətsiz hesabatlar hazırlamaqla və qərəzli çağırışlar etməklə özlərini daha da nüfuzdan salırlar. Azərbaycan ictimaiyyəti bu cür çağırışlara kəskin etiraz edir. Cəmiyyət üzvləri bu təşkilatların hesabatlarına və çağırışlarına etibar etmir. Çünki ədalət prinsipinin pozulduğu yerdə demokratiyadan dəm vurmaq olmaz.Yaxşı olardı ki, Qərb öz daxilində baş verən anti-demokratik hadisələri araşdıraraq, Azərbaycanda mövcud olan demokratik dəyərləri öyrənsinlər. Onu da deyim ki, bütün bunlar Azərbaycanda həyata keçirilən sistemli, davamlı islahatlar nəticəsində əldə olunmuş mühüm uğurlara təsir edə bilməz.
-Niyə Qərb təşkilatları, hətta nüfuzlu qurumları daha real məsələlərlə, məsələn, erməni təcavüzü nəticəsində hüquqları pozulan azərbaycanlılarla bağlı hesabatlar tərtib etmir, bəyanatlar səsləndirmirlər?
-Biz dəfələrlə vurğulamışıq ki, Avropada fəaliyyət göstərən bir sıra qurumlar öz fəaliyyətlərində Azərbaycana qarşı ikili standartlar sərgiləyiblər. Bu gün məhz erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərən radikal təmayyüllü müxalifət düşmən mövqeyində dayandığını açıq-aşkar biruzə edir. Həmin müxalif dairələrə yaxın olan QHT təmsilçiləri xarici ölkə kəşfiyyatı ilə təmasda olduqlarına və s. dovləti cinayətlər törətdiklərinə görə həbs olunan kimi erməni lobbisinin pul buraxdığı Qərb də dərhal eyni havada oyunbazlıq etməyə başlayır. İnsan hüquqları, söz və mətbuat azadlığı kimi faktorları önə sürərək, ölkəmizə qarşı hücumlara start verirlər. Amma gəlin sual edək və görək ki, onlar bu məsələdə nə qədər haqlıdırlar?
Paradoksal və qeyri-müəyyən situasiyadır
Misal üçün, Ermənistanda prezident seçkiləri ərəfəsində baş verənləri xatırlayaq. Bir prezidentliyə namizədin digərini güllələmək cəhdi, yaxud üçüncü namizədin aclıq aksiyası keçirməsi ATƏT-in hesabatlarında öz əksini tapmır, seçkilər isə şəffaf və demokratik kimi xarakterizə olunur. Ancaq nədənsə Azərbaycanda hər hansı ən kiçik problem belə qabardılır. Digər ikili standartlar isə Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir ki, həll edilməməsi ilə bağlıdır. Bu münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətində indiyədək heç bir irəliləyiş əldə olunmayıb. Hətta, deyə bilərik ki, bu fəaliyyətsizliyin nəticəsində Ermənistan danışıqlar prosesini hələ də uzatmağa çalışır. Axı nə üçün ATƏT ən vacib məsələ olan Dağlıq Qarabağ probleminin tezliklə həlli istiqamətində heç bir irəliləyişə nail olmayıb? Halbuki, sizin də sualınızda olduğu kimi, bu işğal nəticəsində Azərbaycanın 1 milyondan çox vətəndaşı qaçqın və məcburi köçkün halına düşüb. Erməni işğalının hələ də davam etməsi bu insanların hüquqlarını tapdalanmış hala salıb. İndi paradoksal və qeyri-müəyyən situasiyadır. ATƏT bütün günü insan haqlarının qorunmasından, qanunun aliliyindən və demokratiyadan danışır, guya humanizm prinsiplərini müdafiə etdiyini nümayiş etdirir. Ancaq bunun bir Qərb teatrının uğursuz tamaşası olduğunu hər birimiz çox gözəl dərk edirik.
-Ümumiyyətlə, son bir ayda "Milli Şura"nın uğursuz mitinqlər keçirməsi AXCP və Müsavat kimi partiyaların küçə yürüşlərinə çıxmaq arzuları, müxtəlif bəyanatlar səsləndirməsini də xaricdən qrant almağa hesablanan addım kimi qiymətləndirmək olarmı?
- İllərin təcrübəsi onu göstərir ki, Azərbaycanda fəaliyyətdə olan dağıdıcı, yaxud da radikal müxalifət daimi olaraq kənardakı sifarişləri yerinə yetirir. Təbii ki, kənardakı sifarişlər dedikdə burada qrantlar, ianələr anlaşılır. Sözsüz ki, bunların hər bir aksiyasının arxasında kənardakı mərkəzlərin əli, maliyyəsi və qrantları dayanır. Hətta onlar aldıqları qrantların hesabatını vermək üçün müxtəlif səpkili mitinqlər keçirirlər, bəyanatlar səsləndirirlər. Çünki onları maliyyə ilə təmin edən mərkəzlərə çoxlu borcları var. Mərkəzdən aldıqları qrantların, maliyyələrin müqabilində onlar heç nə edə bilmirlər. Digər tərəfdən, onlar Azərbaycan cəmiyyətinin düşüncəsinin əksinə gedirlər. Beləcə, Azərbaycan cəmiyyəti də onları qəbul etmir.
Tükənmişlərdən bundan sonra hər hansı siyasi nailiyyət gözləməyin özü safəlöhvlük olardı
Bu gün Azərbaycan cəmiyyəti, vətəndaşları, sağlam düşüncəli ictimai rəyi məhz ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında birləşib. Azərbaycan Prezidenti ilə vətəndaşları arasında çox səmimi bir ünsiyyət var. Bu gün dövlət başçısının bütün sahələrdə həyata keçirdiyi siyasət hər bir Azərbaycan vətəndaşının özünü qürurlu aparmasına, iqtisadi və siyasi rifahının artmasına yönəlib. Təbii ki, belə halda "ənənəvi müxalifət" kimi də qələmə verilən radikal müxalifət artıq 20 ildən artıqdır ki, Azərbaycan cəmiyyəti, vətəndaşları arasına daxil ola bilmir. Bu gün ölkə vətəndaşlarının istəyini Azərbaycan dövləti və onun rəhbəri həyata keçirir. Bu baxımdan, tam əminliklə vurğulaya bilərik ki, artıq burada digər bir siyasi qüvvənin manevr etmək imkanı tükənib. Tükənmişlərdən isə bundan sonra hər hansı siyasi nailiyyət gözləməyin özü sadəlöhvlük olardı.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB