Rövşən Rzayev: “Avropa Parlamentinin qərarı ciddiyə alınmamalıdır”
"Avropa Parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı mövqeyi ədalətdən uzaqdır". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev Avropa Parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi sənədə münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, bu qətnaməyə səs verən deputatlar Avropa Parlamentində azlıq təşkil edirlər: "Bu qətnamə Avropa Parlamentinin azlıq təşkil edən deputatlarının səyi ilə qəbul olunub. Ona görə də bu qərar ciddiyə alınmamalıdır. Bu qətnamədə tarixi həqiqətlər tamamilə yanlış formada çatdırılır".
R. Rzayev hesab edir ki, Avropa Parlamenti, Roma Papası və digər nüfuzlu dövlətlər belə qərarlar çıxararkən əsasları olmalıdır: "Avropa Parlamentinin qəbul etdiyi qərarda heç bir əsas yoxdur. Çünki, Türkiyə dəfələrlə bu məsələ ilə bağlı arxivlərini açmağı təklif edib. Amma haqqı, ədaləti axtarmaq, erməni siyasətinə, onların mövcud durumuna uyğun gəlmir. Ona görə də bu addımı atmırlar, lakin bu kimi hiylələrlə belə qərarların qəbul olunmasına nail olurlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB