Gürcüstan parlamentinin iclasında qalmaqal baş verib. SİA "radio exo"ya istinadən xəbər verir ki, gürcü parlamentinin erməni deputatı, Milli Birlik Partiyasının üzvü Samvel Petrosyan tələb edib ki, təmsil olunduğu ölkə parlamenti qondarma "erməni soyqırımını" tanısın. O, buna "misal" kimi iddia edib ki, ABŞ və Avropa dövlətlərinin "soyqırımı" faktını tanımalarını deyərək, Gürcüstanın qanunverici orqanından da eyni addımın atılmasını tələb edib. Lakin onun çıxışı zamanı gürcü əsilli deputatlar, xüsusilə Gürcüstan parlamentinin spikeri David Usupaşvili həmin çıxışdan narazı qaldığını biruzə verib.
Parlamentin eyni partiyadan olan azərbaycanlı deputatı Azər Süleymanov isə erməni həmkarına tərs sillə qədər sərt cavab verməli olub. O, Petrosyanın tələbinə cavab olaraq deyib ki, onun "tarixi iddiası" əsassızdır və irəli sürdüyü "soyqırımı" iddiası uydurmadan başqa heç nə deyil.
Soydaşımız bir sıra faktlar irəli sürüb və deyib ki, həmin zamanlar Osmanlı Türkiyəsində vətəndaş qarşıdurması yaşanırdı: "Türkiyədəki bütün arxivlər istənilən insanın, araşdırmaçının üzünə açıqdır. Orada göstərilir ki, qarşıdurmalar zamanı ermənilərdən daha çox türklər öldürülüb. Əgər biz 100 il öncə nəyin baş verdiyi barədə danışırıqsa, onda 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımı faktı barədə fikir bildirək. Daşnaklar və qırmızı ordu əsgərləri tərəfindən 100 min azərbaycanlı qətlə yetirilmişdi. Mən 20 il öncə Qarabağda baş verən hadisələri də yaxşı xatırlayıram. Bu baxımdan, mən "erməni genosidi" barədə danışmaqdansa, hazırda bizdən 40 km aralıda dayanan düşmən (Osetiya və Abxaziya separatçıları nəzərdə tutulur-red.) barədə danışmağı daha məqbul hesab edirəm. Çünki Gürcüstan parlamenti "erməni soyqırımı" iddialarının qəbulu üçün seçilən doğru məkan deyil".
Azərbaycanlı deputatın fikirlərini hakim "Gürcü arzusu" partiyasından olan soydaşı Mahir Dərziyev də dəstəkləyib. O bildirib ki, "erməni soyqırımı" iddiası Gürcüstan parlamenti tərəfindən qəbul edilsə, bu addım strateji tərəfdaş və NATO ölkəsi olan Türkiyə ilə münasibətlərə çox pis təsir edə bilər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB