Məlahət İbrahimqızı: “Mən həmin olayları pisləyirəm” AÇIQLAMA

Məlahət İbrahimqızı: “Mən həmin olayları pisləyirəm” AÇIQLAMA

"Ümumiyyətlə dövlətin hər bir strukturu vətəndaşa və onun təhlükəsizliyinə xidmət etməlidir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı ABŞ-da ağ və qaradərili insanlara qarşı baş verən polis zorakılığına münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, ABŞ-da polis zorakılığı artıq gərgin vəziyyət alıb: "Vətəndaşlara qarşı söz, sərbəst toplaşmaq azadlığı olduğu bir ölkədə sözügedən zorakılıq halları qəbuledilməzdir. Bu mənada da mən həmin olayları pisləyirəm".

Qeyd edək ki, Nyu-Yorkda polis zorakılığına qarşı genişmiqyaslı etiraz aksiyası keçirilib. ABŞ polisi aksiyalarda iştirak edən 34 nəfəri həbs edib. Nyu-Yorkda şəhər sakinləri polisin qaradərili sakini öldürməsinə etiraz olaraq küçələrə axışıb. Etiraz aksiyası Manhettendə başlayıb. İlk olaraq aksiyada 400 nəfər iştirak edib. Onlar aşağı Manhettendə yerləşən polis idarəsinə istiqamətləniblər. Aksiya zamanı etirazçılar və polislər arasında bir neçə dəfə qarşıdurma da baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə