Bu gün Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Həsənov İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə bu ölkənin İslami Şura Məclisinin üzvləri, millət vəkilləri Salar Muradi, Əli Mərdani, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin, səfirlik əməkdaşı Cavanşir Quliyev və digərləri iştirak edib.
Görüşdə iki ölkə arasında olan əlaqələr və əməkdaşlıq məsələləri müzakirə olunub. Qonaq Azərbaycanın inkişafını, ölkəmizdə görülən işləri yüksək qiymətləndirib. Görüşə səmimi söhbət əsasında yekun vurulub.
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB