İsrail jurnalistləri Milli Məclisdə olub

İsrail jurnalistləri Milli Məclisdə olub

Milli Məclisin Sədr müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan İsrailin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə görüşüb. Milli Məclisdən SİA-ya verilən məlumata görə, qonaqları səmimi salamlayan Valeh Ələsgərov parlamentin strukturu, rəhbərlik etdiyi komitənin fəaliyyəti, qəbul edilən sənədlər barədə ətraflı məlumat verib.

Vitse-spiker İsrailli jurnalistlərə Azərbaycanda həyata keçirilən siyasi, iqtisadi və mədəni islahatlar haqqında danışıb, ölkəmizin enerji təhlükəsizliyi məsələlərində Avropada önəmli rolunu vurğulayıb.

TANAP və TAP layihələrindən bəhs edən parlament sədrinin müavini bildirib ki, bu layihələr Azərbaycanın Avropa ölkələrinin enerji mənbələrinə çıxışını daha da şaxələndirəcək, qonşu ölkələrin də inkişafına uğurlu töhfələr verəcək.

İsraildən olan mətbuat nümayəndələri iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəsi, əlaqələrimizin daha da gücləndirilməsinin zəruriliyi barədə fikirlərini bildirdilər, onları maraqlandıran suallara aydınlıq gətirildi.

Görüşdə Azərbaycanın ev sahibliyi etdiyi mötəbər tədbirlərdən, o cümlədən I Avropa Oyunları ilə bağlı həyata keçirilməkdə olan işlərdən, Azərbaycanın uğurlarından, aparılan islahatların gedişatından söhbət açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə