İntiqam Əliyevin tərəfdarları SİA-nın əməkdaşına hücum etdilər

İntiqam Əliyevin tərəfdarları SİA-nın əməkdaşına hücum etdilər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin prezidenti İntiqam Əliyevin növbəti məhkəmə prosesi keçirilib. SİA-nın verdiyi məlumata görə, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə üzrə təqsirli bilinən İ.Əliyev məhkəmədə çıxış edərək məhkəmə hakiminin ünvanına aşağılayıcı ifadələr işlədib. Daha sonra hakimin müxtəlif suallarına, eləcə də "özünüzü təqsirli bilirsinmi?" sualına konkret cavab verməkdən yayınan İ.Əliyev hakimiyyətin ünvanına tənqidlər səsləndirib.

İ.Əliyevin hüquqlarını müdafiə edən vəkil Şəhla Hümbətova cinayət işində şahid kimi adı salınan bank əməkdaşına təzyiqlər göstərib. Təqsirləndirilən şəxs ümumilikdə 119 min manat vəsaitin müxtəlif adlar və imzalarla naməlum istiqamətdə xərclənməsinə aydınlıq gətirə bilməyib. Hakim rasim Sadıqovun suallarından yayınan İ.Əliyev daha sonra çıxış etməkdən imtina edib.

Məhkəmə prosesinin sonunda dövlət ittihamçısı çıxış edərək məhkəmədən İ.Əliyevin təqsirli bilindiyi maddələr üzrə 10 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Qeyd edək ki, məhkəmə prosesi açıq keçirilib və KİV nümayəndələri də məhkəmədə iştirak ediblər. Lakin məhkəmə prosesində SİA-nın əməkdaşına qarşı təqsirləndirilən şəxsin yaxınları tərəfindən təzyiqlər, təhqirlər olub. Hətta ona qarşı fiziki təzyiq göstərməyə cəhd ediblər. Görünür ki, demokratiya və insan hüquqlarından danışan müxalifət küçə təfəkküründən kənara çıxa bilmədikləri aydın olur və öz peşə borcunu yerinə yetirən jurnalistə qarşı bu sayaq addımların atılmasının söz azadlığına basqı olduğu da ortadadır.

Bütün xəbərlər Facebook səhifəmizdə