Partiya sədrlərindən Pənah Hüseynə sərt cavab

Partiya sədrlərindən Pənah Hüseynə sərt cavab

"Azadlıq-2015" seçki blokunun keçirdiyi dəyirmi masada bir sıra müxalifət partiyalarının iştirak etməməsi söz-söhbətə səbəb olub. Dəyirmi masada Azərbaycan Xalq Cəbhəsi (AXP) sədri Pənah Hüseynin tədbirə gəlməyən partiya sədrlərinini mövzu ilə bağlı yəqin deyiləsi fikirləri yoxdur" deməsi əks tərəfin ciddi reaksiyasına səbəb olub.

Müsavat başqanının müavini Gülağa Aslanlı partiya rəhbərliyinin dəyirmi masada iştirak etməməsinə bir cümlə ilə münasibət bildirib: "İsa Qəmbər, Arif Hacılı hər kəsin iştirak etdiyi tədbirdə otura bilməz". G.Aslanlının bu açıqlamasında "hər kəs..." deyəndə kimləri nəzərdə tutduğu aydındır.

"Ümid" Partiyasının sədri, millət vəkili İqbal Ağazadə "Azadlıq-2015" seçki blokunun tədbirində iştirak etməməsinə görə, onu qınayanların haqlı olmadıqlarını bildirib: "Müzakirəyə çıxarılmış mövzu ilə bağlı deyiləcək sözümüz var. Amma onu da qeyd edim ki, hörmətli Pənah bəyə bizim sözümüzdən daha çox eşitmək istədiyi başqa sözlər var. Onlarla danışsın ki, növbəti tədbirlərində onlar gəlsin. Orada çıxışında Pənah bəy qeyd edib ki, bu gün İsa Qəmbərin, Arif Hacılının, Əli Kərimlinin fikirlərini dinləməyə daha çox ehtiyac var. Ona görə də hər halda bizim orada olub-olmamağımız heç nəyi dəyişmirdi. Pənah bəyə onların fikirləri maraqlıdır, onları eşidər gələn tədbirlərində. Çalışsın ki, onlar iştirak etsin".

Blokun keçirdiyi dəyirmi masaya AXCP özünün "Azadlıq" qəzetində münasibət bildirərək onları "cib müxalifəti", "deputat olmaq istəyən partiya sədrləri" adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə