Elşən Musayev: "Mitinqlərin keçirilməsində tək məqsəd qrant əldə etməkdir”

Elşən Musayev: "Mitinqlərin keçirilməsində tək məqsəd qrant əldə etməkdir”

"Müxalifətin təşkil etdiyi mitinq şouları heç şübhəsiz ki, onların hakimiyyət iddialarına heç bir köməklik göstərmir, əksinə bu partiyaların elektorat dinamikasının gündən-günə azalmasına səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.

Onun sözlərinə görə, Müsavat partiyası Arif Hacılının gəlişindən sonra paramparça olub, AXCP –də isə gənclər artıq partiya rəhbərliyinə qarşı üsyana başlayıblar: "Artıq AXCP gəncləri də öz rəhbərlərinin siyasətini bəyənmirlər və müxalifətdə qalmaqdan yorulublar. Belə olan halda təbii ki, hər hansısa bir uğurdan, ciddi siyasi mübarizədən söhbət gedə bilməz. Müxalif partiyalar içində xüsusən də AXCP-nin əsas məqsədi müxalifətçilik monopoliyasını əldə saxlamaqdır. Bu monopoliyanı əldə saxlamaq isə həmin partiyalara böyük pullar, qrantlar vəd edir. Əli Kərimlinin "papka daşıyanları" mütəmadi olaraq xarici ölkələrə gedərək həmin qrantları götürürlər. Hətta bizdə bu məlumat da var ki, bu qrantları Gürcüstandan Azərbaycana fərdi maşınlarda keçirirlər. Əli Kərimlinin ən böyük məqsədi ona tabe olan gəncləri cinayətlərə sövq etdirərək, qanunları pozduraraq həbs etdirmək və daha sonra beynəlxalq təşkilatlara, fondlara səs-küy salaraq ölkədə qanunların pozulduğunu car çəkməkdən ibarətdir. Bu cür hallarda da onun cibinə xaricdən külli miqdarda pullar gəlir. Əli Kərimli 25 ildir dövlət orqanlarında işləmir. Özünün də dediyinə görə bizneslə də məşğul olmur. Ancaq buna baxmayaraq ölkədə heç bir məmur Əli Kərimli qədər yüksək səviyyədə yaşamır. Təbii ki, bütün o pullar keçirilən mitinqlərin nəticəsində əldə olunur. Ümumiyyətlə keçirilən həmin aksiyaların tək məqsədini pullarla, qrantlarla əlaqələndirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə