“Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” TƏDBİR-FOTOLAR
Bu gün Bakı Ali Neft Məktəbində "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibinin müavini Mübariz Qurbanlı, şərqşünas-alim, akademik Vasim Məmmədəliyev, BANM-nin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Giriş sözü ilə çıxış edən BANM-nin rektoru Elmar Qasımov sözügedən mövzuda konfransın məhz bu ali məktəbdə keçirilməsinin əlamətdar hadisə olduğunu qeyd edib. E.Qasımov həmçinin Azərbaycanın İslam ölkəsi olmaqla yanaşı, dünyəvi dövlət olduğunu, ölkədə tolerantlıq siyasətininn yüksək səviyyədə aparıldığını diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri,YAP İcra katibinin müavini Mübariz Qurbanlı öz çıxışı zamanı ölkədəki dini vəziyyətə nəzər salaraq dövlət-din münasibətləri və bu yöndə aparılan siyasətdə gənclərin rolundan bəhs edib. M.Qurbanlı qeyd edib ki, ölkəmizdə bütün dinlərə eyni səviyyədə münasibət mövcuddur: "Bu baxımdan da biz bütün dinlərə mənsub olan şəxslərə öz diqqət və qayğımızı əsirgəmirik". Komitə sədri həmçinin ölkəmizdə dini radikalizmin yayılmasının qarşısını almaq istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Daha sonra çıxış edən akademik Vasim Məmmədəliyev dinin insan üçün ən yüksək varlıq olduğunu qeyd edərək müxtəlif dinlərin yaranma tarixindən və müxtəlif dövrlərdə təriqətlərin yaranmasından bəhs edib.
Son olaraq qonaqlar tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıblar.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB