"Gülağa Aslanlının mənim Müsavat Partiyasından uzaqlaşdırılacağıma dair səsləndirdiyi fikirlər məni qətiyyən maraqlandırmır. Çünki mən heç bir zaman partiya nizamnaməsini pozacaq hərəkətə yol verməmişəm". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının keçmiş Məclis üzvü Vurğun Əyyub Gülağa Aslanlının nizamnaməni pozacağı təqdirdə partiyadan da uzaqlaşdırılacağı fikirlərinə münasibət bildirərkən deyib.
Vurğun Əyyub ümumiyyətlə bu insanların fikirlərini heçə saydığını və bunlardan uzaq olduğunu qeyd edib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB