Rasim Musabəyov: “Cəmiyyət artıq bu haqsızlığa dözmək istəmir” AÇIQLAMA

Rasim Musabəyov: “Cəmiyyət artıq bu haqsızlığa dözmək istəmir” AÇIQLAMA

"Hesab etmirəm ki, Serj Sarkisyan rejiminə qarşı Ermənistanda əsgər analarının yaratdığı "Mayreri viştı" ("Anaların ağrısı") təşkilatı hakimiyyətin devrilməsinə gətirib çıxara bilsin". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov deyib.

Politoloqun fikrincə, çünki dünyanın heç bir yerində əsgər analarının etirazına görə, hakimiyyət devrilməyib: "Ancaq təbii bu onun təzahürüdür ki, Ermənistanda vəziyyət çox gərginləşib. Hətta işğalçı ölkə xeyli əvvəl loğvalanaraq ordularının yüksək səviyyədə olmasını, pərakəndəliyin olmamasını bildirsə də məlum oldu ki, onlar yalnız özlərini aldatmaqla məşğuldurlar. Sonradan isə onlar hər şəyi Azərbaycanın üzərinə atmaqla yaxalarını çəkirlər. Ümumiyyətlə təşkilatın yaradılması göstərir ki, artıq cəmiyyət bu haqsızlığa dözmək istəmir".

Bütün xəbərlər Facebook səhifəmizdə