"İranın Ermənistana münasibətində müsbətə tərəf dəyişiklik olmasa da, qonşu dövlətin Ermənistandakı daxilindəki ekspertlərinin fəaliyyətində aktivləşmə hiss olunur. Bu ekspertlərə görə, İranın Ermənistana yardım etməməsinin əsas səbəbi Ermənistanın RF-in təsir zonasında olmasıdır". SİA-nın məlumatına görə, bunu bu gün Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Mərkəz sədrinin sözlərinə görə, İranın Ermənistanın daxilindəki ekspertlərinin şərhlərində "gizli erməni xeyirxahı İran" obrazı yaradılır: "Guya İranın Ali dini lideri öz adamları vasitəsilə "erməni soyqırımı"nın tanınması istiqamətində işlər görür. İranın dini strukturları "erməni soyqırımı"nı mühakimə edən bəyanatlar verirlər. Amma hələlik İran tərəfi rəsmi şəkildə Ermənistanla birlikdə "soyqırım"a aid sənədi imzalaya bilməz. Bu ekspertlərə görə, 1992-ci ildə Azərbaycan ordusunun Horadiz istiqamətindəki hücumunu İran dayandırıb. O zaman Ermənistan çox ağır vəziyyətdə idi. Horadizdən hücuma başlayan Azərbaycan ordusu bütün Dağlıq Qarabağı ələ keçirə bilərdi. Bunu başa düşən İran Azərbaycana hücumu dayandırmaqla bağlı nota verdi. Bu ekspertlərə görə, İran gizli yolla həmin notanın surətini Ermənistana da göndərib".
M.Əhmədoğlu bildirib ki, İranın indiki siyasəti fərqli məcrada inkişaf edir: "İranın Azərbaycandakı səfiri M.Pakayın Novruz bayramı günlərində öz ölkəsində olarkən Xudafərin ərazisinə baş çəkdi. Xudafərin şəhərinin merinin dəvəti ilə reallaşdırılan bu səfərdə əsas məqsəd səfir M.Pakayın vasitəsilə azərbaycanlı turistləri və iş adamlarını Xudafərinə cəlb etmək idi. Maraqlı açıqlamalar səsləndi. Xudafərin şəhərinin rəhbərliyi rəsmi Tehranın icazəsi ilə Araz çayının üzərindən körpü tikməklə Gəncəyə, oradan da Gürcüstana kommunikasiya əlaqələrini daha qısa etmək istəyir. Azərbaycan torpaqlarının işğal altında qalması və işğaldan azad olunmasında İranın rolu xüsusi qeyd olundu. Səfir M.Pakayin Xudafərindən sonra Qulubəyli və Aslandüz məntəqələri ilə də tanış oldu. Bu ərazilər də Arazqırağı ərazilərdir, həmin Arazqırağı ərazilərin Azərbaycan tərəfi Ermənistanın işğalı altındadır. Azərbaycan torpaqlarının işğaldan azad olunmasında İranın siyasi iradəsinin ortada olduğunu ehtimal etməyə ciddi əsaslar var. Bu 2 səbəblə əlaqəli ola bilər. Birincisi, İranın Arazqırağı ərazilərinin sosial - iqtisadi vəziyyəti Azərbaycan Respublikası ilə əlaqələri diktə edir. Ikincisi, Ermənistanın son illərdəki apardığı siyasət İrana arxadan zərbədir. İran erməniləri cəzalandırmaq niyyətindədir. Ola bilər hər iki faktor eyni vaxtda fəaliyyətdədir. İranın belə mövqeyi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində, xüsusilə hərbi yolla tənzimlənməsində yeni mərhələ yaradır. Arazboyu iqtisadi əlaqələr təhlükəsizliyə möhtacdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB