Ermənistanda nəşr olunan bir sıra yazılı və elektron mətbuat orqanları ölkə prezidenti Serks Sarkisyanın yürütdüyü siyasəti sərt şəkildə tənqid edən məqalələrlə çıxışlarını davam etdirirlər.
"Jamanak": "Hərbi qulluqçunun müalicəsi üçün dövlətin 56 min dolları yoxdur"
SİA xəbər verir ki, "Jamanak" qəzetinin yazdığına görə, Avropanın İnsan Haqları Məhkəməsi Ermənistan vətəndaşlarının şikayətləri əsasında ölkə rəhbərliyinə qarşı tələb irəli sürüb. Sitat: "Həmin vətəndaşlara qarşı aparılan qanunsuz siyasət nəticəsində onlar mənəvi və fiziki zorakılıqlara məruz qalıblar. Avropa Məhkəməsi həmin vətəndaşların hər birinə 1000 avro təzminat verilməsi qərarını çıxarıb. Bu qərarlar onlarla digər qərarlardan fərqlənmir. Nəticə isə budur ki, Ermənistanın məhkəmə instansiyalarında qanusuzluq hələ də hökm sürməkdədir".
Qəzet onu da yazır ki, onsuz da Ermənistanda ciddi büdcə çatışmazlığı mövcuddur və bunun müqabilində Avropa İnsan Haqları Məhkəməsinin qərarına görə, Sarkisyan rejimi ümumilikdə ölkədə fəaliyyət göstərən və qanunları əzən, vətəndaşlara qarşı ədalətsiz qərarlar çıxaran məhkəmələrə görə 500 min avro təzminat ödəməlidir. Hansı ki, bu pullar əhalinin sosial tələblərinin ödənilməsinə də xərclənə bilərdi.
Jamanak daha sonra yazır: "Sərhəddə güllə yarası alan hərbi qulluqçunun müalicəsi üçün dövlətin 56 min dolları yoxdur."
"169 jam": "Nə 6 aydan, nə də 66 aydan sonra, Ermənistan Avrasiya İqtisadi İttifaqından heç bir səmərə götürə bilməyəcək"
"169 jam" isə yazır ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmasından sonra, erməni məmurlarının əsas çıxışları "bundan sonra hər şey yaxşı olacaq" tipli bəyanatlları ilə müşahidə olunurdu: "Ancaq həmin bəyanatlara az adam inanırdı. Ona görə yox ki, xalq Ermənistan hakimiyyətinə inamını itirib. Həm də ona görə ki, Ermənistan bu ittifaqa üzv olduğu 3 ay ərzində yalnız ziyan görüb, özü də çox böyük ölçülü itkilərə məruz qalmaqla: "Birinci olaraq, Avrasiya İttifaqı ölkələrinə, o cümlədən Rusiyaya yönələn ixracat və s. azaldı. Hansısa iqtisadçlılar inandırmağa çalışırlar ki, Avrasiya İqtisadi İqttifaqına üzv olan ölkələr 6 aydan sonra bunun müsbət nəticələrini görəcəklər. Lakin bəllidir ki, nə 6 aydan, nə də 66 aydan sonra, Ermənistan Avrasiya İqtisadi İttifaqından heç bir səmərə götürə bilməyəcək. Sadəcə, ruslar yaxşı bilirlər ki, zaman-zaman Ermənistana qarşı hədələyici, eyni zamanda optimizmi sərgiləyən bəyanatları vermək lazımdır. Bu da erməni ictimiyyətinin başqa istiqamətlərə yönlməsinin qarşısını almaqdan ötrüdür".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB