"Ermənistanın "İrs" partiyasından olan deputatı Zauri Bostancyan Ermənistanın uydurma "Böyük və Kiçik Hayk", "Kilikiya Ermənistanı" adlı "dənizdən-dənizə" xəritəsini göstərərək, iddia edib ki, Ermənistan respublikası ona "məxsus tarixi torpaqları" və "əraziləri" bərpa etməlidir. SİA "armtoday"a istinadən xəbər verir ki, bu ərəfədə "İrs" partiyası, məhz Zauri Bostancyanın qondarma layihəsi əsasında guya Türkiyənin Ermənistana bə ermənilərə məxsus əraziləri "işğal" edib. Hətta bu sərsəm iddia Ermənistanın parlamentində də çıxarılıb. Sadəcə, Bostancyanın xahişi ilə müzakirələrin "daha geniş şəkildə aparılması" üçün "layihəyə" baxış bir il müddətinə təxirə salınıb.
Erməni deputat həmçinin iddia qaldırıb ki, ermənilərin "soyqırımının" tanınması ilə yanaşı, "ədalətli kompensasiya" tələbi də irəli sürülməlidir.
Bostancyan daha sonra sərsəmləyib: "Düşünürəm ki, 24 apreldən sonra biz beynəlxalq ictimaiyyət qarşısında nəinki soyqırımın tanınmasını, eləcə də ərazilərin qaytarılmasını da tələb kimi qoymalıyıq. Bütün bunlar isə dövlət proqramı əsasında reallaşdırılmalıdır".
Erməni deputata sual ediləndə ki, bu kimi tələbi indiki məqamda ortaya qoymaq nə qədər düzgündür? Bu zaman o, Qarabağın işğal olunmuş ərazilərini nümunə kimi gətirib: "1989-cu ildə "Artsaxın" Ermənistanın tərkib hissəsi olması qərarı veriləndə həmin vaxt Ermənistanın Qarabağla hətta sərhədləri mövcud deyildi. Əhəmiyyətli olan budur ki, ictimaiyyət dəyişikliklərə hazır olmalıdır. Əgər bu olarsa, onda tələblərimiz gerçəkləşə bilər".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB