Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) və JEF Azərbaycan təşkilatının sədr müavini Nərgiz Xələf 29-31 mart 2015-ci il tarixlərində, İsveç Krallığının Uppsala şəhərində keçirilən Gənc Avropa Federalistlərinin (JEF) Federal Komitəsinin Görüşündə iştirak edib. SİA-nın məlumatına görə, tədbirdə Avropa Birliyi ölkələri, eləcə də Türkiyə və Azərbaycan iştirak edirdi. Belə ki, görüşün ilk günü Avropa Parlamentinin nümayəndəsi Sisiliya Vikstrom ilə müzakirə keçirilib. Avropa Parlamentində müzakirəyə çıxarılan gənclər siyasətinə dair "Strateji Dialoq" proqramının təqdimatında təkliflərin verilməsi və müzakirələrdə fəal iştirak etdiyi üçün JEF Azərbaycanın adı xüsusi qeyd olunub.
Qeyd edək ki, proqram gənclərin daha da aktivləşməsini və güc strukturlarında təmsil olunmasının artırılmasına xidmət edir. Növbəti ay Luksemqburq Krallığında Avropa Birliyinə daxil olan ölkələrin aidiyyatı nazirləri proqram üzrə müzakirələrə başlayacaq. Parlament üzvü ilə görüşdə Nərgiz Xələf Qafqaz regiondakı münaqişələr, sülh quruculuğu, Avropa inteqrasiya prosesində AB ölkələrinin ordusunun yaradılması, Ukrayna-Rusiya müharibəsi, miqrantların sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı müzakirələrdə iştirak edib fikir bildirib. Federal Komitənin görüşündə AGAT/JEFAzərbaycan JEF Almaniya və JEF Fransa ilə birgə layihənin həyata keçirilməsini qərara alıblar.
Bu ilin may ayında Almaniyanın paytaxtı Berlin şəhərində keçiriləcək tədbirdə layihənin dedalları müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB