Lukaşenko: “Belarus heç vaxt Rusiyanın tərkib hissəsi olmayacaq” BƏYANAT

Lukaşenko: “Belarus heç vaxt Rusiyanın tərkib hissəsi olmayacaq” BƏYANAT

"Belarus heç vaxt Rusiyanın tərkib hissəsi olmayacaq və Rusiya rəhbərliyi heç vaxt bu barədə məsələ qaldırmayıb". SİA xəbər verir ki, bu bayənataı Belarus prezidenti Aleksandr Lukaşenko "Bloomberg"ə müsahibəsində səsləndirib. Prezident vurğulayıb ki, onun ölkəsi suveren və müstəqil ölkə kimi necə yaşayırsa, bundan sonra da belə yaşayacaq.

"Putin heç vaxt mənim qarşımda belə məsələ qaldırmayıb ki, ey, siz! Eşidin! Öz müstəqilliyiniz barədə unudun və Rusiya Federasiyasının quberniyalarından birinə çevrilin. Bu baxımdan o yaxşı bilir ki, əgər belə bir məsələ qaldırsa, mən buna necə reaksiya verəcəyəm. Ona görə də bu kimi məsələ barədə müzakirələrimiz olmayıb" -deyə, Lukaşenko vurğulayıb.

Lukaşenkonun sözlərinə görə, bütün bunlara rəğmən, Rusiyada bir çox siyasətçilər var ki, onlar Belorusu "hansısa şimal-qərb vilayəti" kimi dərk edirlər: "Biz buna konkret cavab veririk: Biz heç vaxt şimal-qərb vilayəti olmayacağıq. Eyni zamanda, Rusiya ilə qarşıdurmaya getməyəcəyik".

Belarus prezidenti bu mövzuda sonuncu dəfə Putinin prezident seçilməsindən bir il sonra söhbət aparıldığını xatırladıb: "Həmin vaxt onun (Putinin) sözləri mənim xoşuma gəldi. O deyirdi ki, bizə hər hansı bir ölkəni tutmaq, özümüzə tabe etmək lazım deyil. O cümlədən, Belarusu. Hələ o vaxt Ukrayna ilə qarşıdurma da yox idi. Bizə başqa nə lazımdır ki? Hərə öz evində yaşayır. Onlar öz mənzillərində, biz də öz mənzilimizdə".

Qeyd edək ki, son vaxtlar Rusiyanın bir sıra siyasətçiləri və politoloqları Belarusun Rusiyaya birləşdirilməsi ilə bağlı zamanın çatdığını deəyərk, bu məsələnin tezliklə həll olunması vacibliyi barədə müxtəlif gikirlər səsləndirirlər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə