"Ermənistanın konstruktiv mövqeyə məcbur edilməsi üçün həmsədrlər sanksiya v təzyiqlər mexanizmi hazırlamalıdırlar". Bunu SİA-ya Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.
Bununla yanaşı F. Ağamalı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqların Yenilənmiş Madrid Prinsipləri əsasında aparılmasına Azərbaycan tərəfi öz razılığını verib: "Bu Azərbaycanın prinsipial mövqeyidir. Lakin Ermənistan bu günə qədər Yenilənmiş Madrid Prinsipləri ilə bağlı öz mövqeyini ortaya qoymayıb və status-kvonu saxlamaqda davam edir. Əlbəttə sülh yolu ilə problemin həllinin Yenilənmiş Madrid Prinsipləri ilə həll edilməsi bizim maraqlarımıza müəyyən mənada uyğun gəlir və bu yolla məsələni həll etmək mümkündür. Lakin o haldaki Ermənistan tərəfi də birmənalı şəkildə bu prinsiplərin əməl olunmasına razılıq versin və bu yolda konkret addımlar atsın. Lakin buna əməl edilmir və bu günə qədər də status-kvo saxlanılır. Ona görə də Ermənistanın təcavüzkar siyasəti davam etdirilir. Əgər bu yenidən ortaya gətirilirsə deməli niyyət problemi donmuş vəziyyətindən xilas etmək və beləliklə problemin sülh yoluyla həllinə yeni bir cəhddir. Ancaq, bu cəhdə nikbin yanaşmıram. Necəki dəfələrlə bununla bağlı addımlar atılıb hətta ATƏT-in Minsk qrupunun həmsədrlərinin dövlət başçıları belə bəyanatla çıxış ediblər, status-kvonun dəyişdirilməsinin vacibliyini önə çəkiblər. Lakin yenə də Ermənistan özünün işğalçılıq siyasətindən əl çəkməyib".
F. Ağamalı hesab edir ki, paralel oaraq Ermənistana sanksiyalar tətbiq olunması mexanizmi ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən işlənib hazırlanmalı və işə salınmalıdır: "Əgər Ermənistan ATƏT-in Minsk qrupunun Yenilənmiş Madrid Prinsipləri ilə bağlı danışıqlarına əməl etmirsə, bununla bağlı konkret addım atmırsa, onda bu sanksiyalar hərəkətə gətirilməli və beləliklə Ermənistan məcbur edilməlidir ki, işğal olunmuş torpaqların azad edilməsi üçün konstruktiv mövqe nümayiş etdirsin və konkret addımlar atsın. Nə qədər ki, Ermənistana təzyiq mexanizmi işə salınmayıb, sanksiyalar tətbiq olunmayıb, Ermənistan bu cür danışıqlarla işğal olunmuş torpaqlardan getməyəcək. Çünki təcrübə bunu göstərir. Əlbəttə, bu müharibəni qaçılmaz edir. Düşünürəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün cəbhədə, təmas nöqtələrində baş vermiş hadisələri, Azərbaycanın silahlı qüvvələrinin son dərəcə prinsipal və Azərbaycanın dövlət maraqlarına uyğun olaraq atmış olduğu addımlar Ermənistanın məlumatlarından vermiş olduğu çox ciddi və sərt cavablar indiyə qədər Ermənistanı himayə etməkdə olan Minsk qrupunu narahat etməyə başlayıbdır. Onlar başa düşürlər ki, tezliklə bu məsələ öz həllini tapmasa, müharibə qaçılmaz olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB