Dubay Əmiri Azərbaycana rəsmi səfərə gəlib

Dubay Əmiri Azərbaycana rəsmi səfərə gəlib

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum aprelin 1-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. SİA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumu hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Bütün xəbərlər Facebook səhifəmizdə