Asim Mollazadə səfirin müşaviri ilə görüşüb FOTOLAR

Asim Mollazadə səfirin müşaviri ilə görüşüb FOTOLAR

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ-ın Azərbaycandakı səfirinin siyasi işlər üzrə müşaviri Syuzan Çeşli ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan-ABŞ əlaqələri, ölkələrimiz arasındakı əməkdaşlıq perspektivləri, regiondakı və Azərbaycandakı ictimai-siyasi vəziyyət, regional münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi müzakirə olunub.

Asim Mollazadə qonağa partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib. Görüşdə ABŞ səfirliyinin Siyasi məsələlər üzrə mütəxəssisi Afaq Cavadova da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə