Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib. FHN-dan SİA-ya verilən məlumata görə, tədbir iştirakçıları, əvvəlcə, Gəncə şəhərində Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyublar. Sonra Mərkəzdə keçirilən tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə 1918–ci ildə erməni daşnaklarının Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan ərazisində azərbaycanlılara qarşı törətdikləri cinayətlər barədə məlumat verilib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998–ci il tarixli fərmanı ilə bu hadisələrin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsi, faciənin unudulmaması, dünya ictimaiyyətinə çatdırılması istiqamətində əhəmiyyətli addım olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB