"Müxalifət düşərgəsində fəaliyyət göstərən partiya rəhbərlərinin bir-birlərinə qarşı olan düşmən münasibətinin nəticəsidir ki, partiyalar çıxılmaz bir vəziyyətə düşərək parçalanma ilə üzləşiblər. Qopmaların bir səbəbi də partiya sədrlərinin düşünülməmiş səhv siyasət aparmalarıdır". Bu fikirləri SİA-ya Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov Milli Şuranın aprelin 5-də keçirmək istədiyi mitinqə münasibətini bildirərkən deyib.
T.Novruzov bildirib ki, müxalifətdaxili qarşılıqlı ittihamlar partiya sədrlərinin sivil mübarizə aparmaq imkanında olmadığının göstəricisi sayıla bilər: "Bu cür hallar onların sivil mübarizə aparmaq imkanında olmadıqlarının göstəricisidir. Müxalifət partiyalarına rəhbərlik edən şəxslər partiyalarını öz şəxsi maraqları ətrafında formalaşdırıblar. Uzun illər ərzində müxalifət təmsilçiləri siyasi arenada heç nəyə qadir olmadıqlarını sübut ediblər. Əgər onlar öz tərəfdaşlarının çox ciddi təzyiqləri və üsyanı ilə üzləşmək istəmirlərsə üzüsulu istefa verərək siyasi arenadan getməlidirlər. Bu da onların siyasi mədəniyyətə doğru atıla biləcək bir addımları olardı. Çünki uzun illərdi ki, müxalifət partiya rəhbərləri irəliliyə doğru heç bir addım atmayıblar. Bundan sonra da heç nəyə nail ola bilməyəcəklər. Həmin şəxslər də çox gözəl bilir ki, özlərinin heç bir siyasi gücü yoxdur ki, nə isə edə bilsinlər. Belə olan halda da bu reallığı başa düşərək siyasətdən tamamilə uzaqlaşmalıdırlar. Mitinqlərin baş tutmamsının səbəbi liderciklərə olan mənfi münasibətdir. əminliklə demək olar ki, Milli Şura deyilən qondarma qurumun planlaşdırdığı aksiya iflasla nəticələnəcək. Çünki, o mitinqin təşkilatçıları başdan ayağa çirkab içində olan Əli Kərimli və Cəmil Həsənlidir".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB