Qabil Hüseynli: “Beynəlxalq təşkilatların gücündən istifadə olunmalıdır”

Qabil Hüseynli: “Beynəlxalq təşkilatların gücündən istifadə olunmalıdır”

"Terrorizmin qarşısını almaq üçün bütün beynəlxalq qurumlar öz səylərini birləşdirməlidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, terrorizmlə mübarizə aparmaq üçün iri güc mərkəzləri ortaq nöqtədən çıxış etməlidirlər: "Səudiyyə Ərəbistanı ərəb ölkələrində terrora qarşı mübarizə apara bilmək üçün ərəb dövlətlərinin koalisiyasını yaradıb. Məhz bu kimi birləşmələrin sayının çox olması dünyada terror anlayışının yox edilməsi üçün xeyli əhəmiyyətlidir. Ümumiyyətlə terrorizmə qarşı effektiv mübarizə aparmaq üçün, ilk öncə, bəzi dövlətlərin bu kimi hallardan əl çəkməsi lazımdır. Beynəlxalq aləmdə terrorla qızğın mübarizə getdiyi bir dövrdə, bəzi iri dövlətlərin müxtəlif terror təşkilatlarına yardım etməsinin qarşısını almaq ən əsas məsələlərdəndir. Bu yöndə beynəlxalq təşkilatların gücündən də istifadə olunmalı və terrorizmlə mübarizə üçün müxtəlif qruplar yaradılmalıdır. Məhz bu yollarla dünyada terrorun qarşısını almaq mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə