“31 Mart Azərbaycanlıların Soyqırımı Günü"

Prof. Dr. Necdət Ünüvar, Adana Millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Sədri, Səhiyyə, Ailə , Əmək və Sosial İşlər Komissiyasının Sədri
“31 Mart Azərbaycanlıların Soyqırımı Günü"

Adana Millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Sədri, Səhiyyə, Ailə , Əmək və Sosial İşlər Komissiyasının sədri Prof. Dr. Necdət Ünüvar SİA-ya 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı fikirlərini yazıb:

"Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə 31 Mart günü "Azərbaycanlıların soyqırımı günü" olaraq elan etmişdir.

Azərbaycan xalqı, tarixində dəfələrlə soyqırıma məruz qalmasına baxmayaraq və bunları göstərən minlərlə sənəd və fotoşəkillər olmasına baxmayaraq bir çox ölkə bu soyqırımlara səssiz qalmışdır.

31 Mart gününü hər Azərbaycanlı və bütün Türk dünyasının unudmamalıdır. Bu tarix, 1918-ci ildə ermənilərin Azərbaycanda minlərlə qardaşımızın mərhəmətsizcə qətl edildiyi illəri ifadə edən unudulmaması gərəkən bir gündür.

Hər il 24 apreldə qondarma soyqırım iddiasıyla bütün dünyada tərəfdar toplamağa çalışanlar, öz tarixlərindəki Azərbaycanlı qardaşlarımıza qarşı törətdikləri sistematik qırğınları gizləməyə çalışırlar amma edilənləri özləri görməzlikdən gəlsələr belə, bu qanlı günləri tarix unudmayacaqdır.

Soyqırım Qurbanlarının Anım Günündə soyqırım səbəbi ilə şəhid olan Azərbaycanlı qardaşlarımı hörmətlə yad edir, Allahdan rəhmət diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə