Bu gün İsmayıllı rayon Mədəniyyət sarayında 31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar mərasim keçirilib. SİA-nın məlumatına görə, rayon İcra hakimiyyətinin başçısının müavini Sevil Əhmədova mərasimi giriş sözü ilə açaraq qeyd edib ki, XIX əsrin əvvəllərindən başlayaraq azərbaycanlılara qarşı ermənilər tərəfindən mərhələ-mərhələ, ardıcıl şəkildə soyqırım siyasəti həyata keçirilib.
Vurğulanıb ki, etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız misli görünməmiş itkilərə məruz qalıb, tarixin ən dəhşətli faciələri ilə üzləşməli olub.
Sonra soyqırım zamanı şəhid olan azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Qulluğu veteranı Valeh Salehov, rayon veteranlar şurasının sədri Abduləli Əliyev, şəhər bir saylı orta məktəbin tarix müəllimi Təranə Məmmədova, Mədəniyyət srayının direktoru Təhmiraz Bayramov çıxış ediblər. Onlar dünya ölkələrinin biganə qaldıqları qətliamın türk dünyasına, azərbaycanlılara qarşı ən dəhşətli soyqırım olduğunu qeyd ediblər.
Sonda Soyqırım gününə həsr olunmuş videoçarxa və uşaqların rəsm işlərinə baxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB