"Çanaqqala zəfəri Avropa dövlətlərinin Türkiyə marağını məhv edən tarixi döyüş olub". Bunu SİA-ya millət vəkili Fəzail İbrahimli deyib.
Onun sözlərinə görə, bu döyüşdə əldə olunan zəfər Türkiyənin bugünkü varlığını təmin edib: "Çanaqqala döyüşü türk şücaətinin göstəricisidir. Avropa dövlətlərini Türkiyə maraqlarını gözündə qoyub. "Çanaqqalada əldə olunan uğur Türkiyənin bugünkü mövcudluğunun tarixi bünövrəsini qoyub".
"Çanaqqala zəfərinə görə Türkiyəyə dünya dövlətlərinin qısqanclığı avropalıların tarixi məğlubiyyətləri ilə barışa bilməmələri, eyni zamanda Türkiyəyə qarşı anti-türk mövqeyi ilə əlaqəlidir. Bunlar anti-Çanaqqala təbliğatını törədən səbəblərdir. Amma bütün bunlara baxmayaraq, Türkiyə haqq səsini uca tutur. Avropa Birliyi elə bir günə düşüb ki, Türkiyənin heç ora girmək marağı yoxdur" – deyə, F. İbrahimli bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB