Rusiya Dövlət başçısı Vladimir Putin ölkəsinin milli təhlükəsizliyinə qarşı meydana gələcək hər cür daxili və xarici təhdidə lazım olan cavabı verəcəklərini söyləyib. SİA-nın məlumatına görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin illik konfransında danışan Putin Rusiyanın xarici siyasəti ilə bağlı müəyyən mesajlar verdi.
Putin Rusiyanı dayandırmaq üçün siyasi təcriddən iqtisadi sanksiyaya qədər bir çox yola əl atıldığını vurğulayaraq qeyd edib ki, hər nə olsa da Rusiyanı təzyiq altına alına bilmədilər: "Bunu kimsə edə bilmədi və edə bilməyəcək. Milli təhlükəsizliyimizi qarşı meydana gələcək hər cür daxili və xarici təhdidə lazım olan cavabı verəcəyik".
Ötən ilin dünya siyasəti baxımından çətin keçdiyini ifadə edən Putin, qeyd edib ki, bu şərtlər hər zaman belə qala bilməz. Onun sözlərinə görə mövcud şərtlər, Rusiyanın güzəştə gedəcəyi təqdirdə məhz bu ölkənin lehinə çevriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB