Azərbaycanın 15 nəfərdən ibarət nümayəndə heyəti Gürcüstanın Kutaisi şəhərində "Cənubi Qafqazın gənc siyasətçilər Forumu"na qatılıblar. SİA-nın məlumatına görə, forumda Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi aparatının işçisi Məmmədbağır Məmmədov, YAP GB Ofisinin rəhbəri Əli Pənahov, ofisin əməkdaşı Umid Abuzərli təmsil olunurlar.
YAP GB Ofisinin rəhbəri Əli Pənahov "Cənubi Qafqazda partiyalararası əməkdaşlıq"mövzusunda açılış nitqi ilə çıxış edib.
Qeyd edək ki, Forum 27-29 mart tarixinədək davam edəcək. Ümumilikdə tədbirdə Azərbaycan, Gürcüstan, Ukrayna və Ermənistandan 50 nəfər nümayəndə heyəti iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB