Moskva İrəvana qarşı etinasızdır və bunda günahkar Ermənistan hakimiyyətidir". SİA erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankının keçmiş sədri Baqrat Astaryan keçirdiyi mətbuat konfransında Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünü şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü ölkə üçün təhlükə mənbəyidir və bunu ilk növbədə dövlət başçısı dərk etməlidir: "Bəli, biz başa düşürük ki, əks halda təhlükə daha da arta bilər. Lakin bizim ölkənin normal hakimiyyətə, normal müxalifətə ehtiyacı var. Hazırkı iqtidar bu kimi yanaşmaları məhv etməməlidir. Ölkə rəhbərliyi parlamenti yenidən qura biləcək siyasi orqana imkan yaratmalıdır ki, həmin orqan bunu etsin. Çünki başqa cür mümkün də deyil. Əgər Serj Sarkisyan 100 il hakimiyyətdə qalmaq qərarını veribsə və əgər digər müxalifət partiyalarına işləmək imkanı yaradarsa, onda onun istəyi yerinə yetər, mövqesi möhkəmlənər".
Astaryan hesab edir ki, Rusiya heç də həmin qüvvə deyil ki, onunla irəliyə getmək mümkün olsun: "Bu, Rusiya deyil, Putinin Rusiyasıdır və bu bir insanın istəyi ilə formalaşdırılmış siyasi-iqtisadi sistemdir. Bu baxımdan, Rusiya Ermənistana qarşı etinasız münasibət göstərir və burada əsas baiskar, məhz Ermənistan iqtidarıdır".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB