Aydın Mirzəzadə: “Prezident hümanist iradəsini ortaya qoydu” AÇIQLAMA

Aydın Mirzəzadə: “Prezident hümanist iradəsini ortaya qoydu” AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə özünün hümanist iradəsini ortaya qoydu". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə Prezident İlham Əliyev tərəfindən imzalanan növbəti əfv sərəncamına münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, il ərzində xeyli sayda insanlar əfv olunur və onlar öz səhvlərini etiraf edir və nəticədə cəmiyyətə, ailələrinin yanına qayıdırlar: "Əgər onların ailələrini, yaxın dostlarını da nəzərə alsaq, il ərzində minlərlə ailə əfv sərəncamının sevincini yaşayır. Bu bir daha onu göstərir ki, Azərbaycan dövləti və onun rəhbəri cənab Prezident hümanist siyasət yeridir. Bir tərəfdən cəmiyyətdə qanunçuluğun möhkəmlənməsi, hüququn aililiyi prinsipi yerinə yetirilir, digər tərəfdən isə cəzasının müəyyən bir hissəsini çəkən və cəzadan müvafiq nəticə çıxaran, cəmiyyət üçün təhlükə olmayan insanların əfv edilərək yenidən cəmiyyətə sivil münasibətə qayıdılmasına şərait yaradır. Bunun özü bir daha göstərir ki, Azərbaycan cəmiyyətində insan faktoru, insanın qayğıları ailənin möhkəmlənməsi məsələsi həmişə dövlətin diqqət mərkəzindədir. Ölkə Prezidentinin bugünkü Sərəncamı ilə yüzlərlə ailənin sevinəcəyini və öz dövlətinin qayğısını üzərlərində hiss edəcəyinə heç bir şübhəm yoxdur".

Qeyd edək ki, sərəncam sabah icra olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə