AMİP funksioneri “Milli Şura”nın mitinqindən danışdı

AMİP funksioneri “Milli Şura”nın mitinqindən danışdı

""Milli Şura"nın son mitinqi bir test oldu ki, cəmiyyət proseslərə necə hazırdır. Eyni zamanda müxalif siyasi partiyalara münasibətin necə olduğunu ortaya qoydu". Bunu SİA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov bildirib.

Ə. Orucov vurğulayıb ki, hər şeyi mitinqlərlə, kütləvi etirazlarla həyata keçirmək doğru deyil: "Amma mübarizənin bir formasıdır. Vətəndaşlar bu hüquqlarından istifadə edirlər".

AMİP funksioneri deyib ki, "Milli Şura"nın mitinqi əvvəlcədən gözlənildiyi kimi keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə