""Milli Şura" bu dəfə də heç nəyə nail ola bilməyəcək. Çünki onların ətraflarında azsaylı insan toplaşıb. Mitinqdə təxribat cəhdlərinin olması ilə bağlı səslənən fikirlər isə tamamilə absurddur". Bu sözləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov açıqlamasında deyib.
Millət vəkili bildirib ki, "Milli Şura" da toplaşan insanlar birbaşa xaricdən, anti-Azərbaycan əleyhinə işləyən dairələrdən, erməni lobbisindən qaynaqlanır: "Bu insanlar birbaşa erməni lobbisinə xidmət edirlər. Ona görə də, mitinqdə hansısa pozuculuq aktları törətməyə cəhd etsələr, bunun bəzi dairələr tərəfindən verilən növbəti sifarişin olduğu bir daha ortaya çıxacaq .Əgər belə cəhdlər olarsa, o zaman onların qarşısı hüquq mühafizə orqanları tərəfindən alınacaq".
Eldar İbrahimov söyləyib ki, Azərbaycan xalqı hər zaman Prezident İlham Əliyevin həm ölkə daxilində, həm də ölkə xaricində apardığı uğurlu və düzgün siyasətini dəstəkləyir. Onun sözlərinə görə, radikal müxalifətin harada və necə mitinq keçirməyindən asılı olmayaraq ətrafında 3-5 insan görəcək: "Ölkədə olan sabitliyə, əmin-amanlığa kölgə salmaq istəyən qüvvələr bu yolla heç nə əldə edə bilməyəcəklər. Azərbaycanda sağlam ruhlu, sağlam əqidəli insanlar var və bu insanlar da heç zaman təxribatçının arxasınca getmirlər. İqtidar-müxalifət dialoqunun mövcud olduğu bir vaxtda bu cür şüarlarla, fikirlərlə cəmiyyətdə çaşqınlıq yarada bilməzlər".
YAP İdarə Heyətinin üzvü həmçinin Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarını boykot etməyə çağırışlara da münasibət bildirib. O qeyd edib ki, istər daxilimizdə, istərsə də xaricdə olan uğurlarımızı gözü götürməyən qüvvələr çalışırlar ki, Avropa Oyunlarının keçirilməsinə hansısa maneə yaratsınlar: "Beynəlxalq yarışların, müsabiqələrin, tədbirlərin keçirildiyi ən mötəbər məkana çevrilən ölkəmizdə Avropa Oyunların da yüksək səviyyədə həyata keçirilməsi şübhəsizdir. Necə ki, "Avrovision" mahnı müsabiqəsi ərəfəsində bu cür boykot çağırışları edənlər heç nəyə nail ola bilmədilər, indi onları bu aqibət gözləyir. Arzuları elə ürəklərində qalacaq".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB