İcra başçısı: “Regionda böyük velosiped zavodu tikilir”

İcra başçısı: “Regionda böyük velosiped zavodu tikilir”

"İsmayıllı rayonunda regionun ən böyük velosiped zavodu tikilir. Biz bu işi bolqarlarla birgə görürük". Bunu SİA-ya İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov deyib.

Onun sözlərinə görə, bu ilin avqust ayında işlərin başa çatdırılması gözlənilir: "İşlərin 51 faizi Azərbaycan, 49 faizi isə bolqar şirkətlərinin payına düşür. Bu zavod bir növ yığma sex olacaq".

İcra başçısı həmçinin regionda görülən işlər haqqında da məlumat verib: "İsmayıllının iqtisadiyyatının 80 faizini kənd təsərrüfatı təşkil edir. Bu gün İsmayıllı özünü 100 faiz ət məhsulları ilə təmin edir. Bununla belə, 60 faiz taxıl istehsal edir. Hətta deyərdim ki, İsmayıllı rayonunun tam gücü var ki, o, 100 tondan artıq buğda istehsal etsin. Azərbaycanda yeganə kolxoz İsmayıllıdadır".

M.Sadıqov onu da əlavə edib ki, artıq rayonda kənd təsərrüfatı məhsullarının online ticarəti üzrə "Yaşıl market" yaradılır.

Bütün xəbərlər Facebook səhifəmizdə