Nazir Xorvatiya prezidenti ilə görüşdü

Nazir Xorvatiya prezidenti ilə görüşdü

Xorvatiya prezidenti, xanım Kolinda Qrabar-Kitaroviç martın 11-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovu qəbul edib. SİA-nın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin bütün istiqamətlər üzrə müvəffəqiyyətlə inkişaf etdiyi vurğulanaraq, səfərin uğurla keçdiyi və görüşlərin hərbi sahədə əməkdaşlığa mühüm töhfə verəcəyinə, o cümlədən əlaqələrin daha da genişlənəcəyinə ümidvar olunduğu bildirilib.

Görüşdə təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə