Pakistan prezidenti Məmnun Hüseyn martın 11-də Azərbaycana rəsmi səfərə gəlib. SİA-nın xəbərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı və xanımı Bequm Sahibanı baş nazirin müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Prezidenti Pakistanın rəsmi şəxsləri və biznesmenlərdən ibarət böyük nümayəndə heyəti müşayiət edir.
Qeyd edək ki, pakistan Prezidenti 3 gün ölkəmizdə olacaq. Onun səfəri zamanı keçirəcəyi danışıqlarda əsas diqqət iqtisadiyyat, ticarət, təhsil, müdafiə, elm və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına yönələcək. 4 sənəd imzalanacaq. Pakistan prezideninin səfəri zamanı həmçinin biznes forumu keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB