Hadı Rəcəbli: “Azərbaycanın uğurlarını istəməyənlər hay-küy salır” AÇIQLAMA
"Ümumiyyətlə dünyada ikili standartlar mövcuddur. Bu gün biz nə qədər ikrah hissi ilə qeyd etsək də bu reallıq fakt olaraq qalır". Bunu SİA-ya millət vəkili Hadı Rəcəbli "Human Rights Watch" təşkilatının bu il Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarını boykot etməsinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, Azərbaycan neçə illərdir ki, bu ikili standartlardan əziyyət çəkir: "Ermənistan parlamentində adamlar bir-birini döyür, ölümcül vəziyyətə gətirilir amma "Human Rights Watch" və digər bu kimi təşkilatlar insan haqlarının pozulmasından danışmır. Lakin Azərbaycanda hər hansı bir dələduz jurnalisti həbs edərkən onlar o dəqiqə qışqırıq salırlar. Bu gün Azərbaycanın inkişafı, ölkəmizdə olan sabitlik dünyanın bir sıra ölkələrini qıcıqlandırır. Əgər biz diqqət yetirsək görərik ki, Ukrayna-Rusiya hadisələrində dünyanın sifəti, siması açıq şəkildə özünü göstərdi. Göründü ki, Rusiyaya qarşı olan bəzi addımlar, Ermənistana qarşı da atılan addımlardır. Ermənistan bizim əraziləri işğal etdi amma bununla bağlı bir söz deyilmədi. Bu bir daha onu göstərir ki, dünyada ikili standartlar mövcuddur".
H.Rəcəbli hesab edir ki, Azərbaycan öz yolunu tutub və bu yollada getməlidir: "Bu gün dünyanın böyük dövlətləri Azərbaycanda gedən inkişafı da görürlər və demokratik cəmiyyətin nə olduğunu da bilirlər. Bu il Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına böyük hazırlıq gedir. Məsələn, Rusiya kimi möhtəşəm dövlət Soçi Olimpiya Oyunlarına 7 il hazırlaşmışdısa, Azərbaycan bu oyunlara 2 il müddətinə hazırlaşıb. Təbii ki, bu uğurları görmək istəməyən bəzi dövlətlər artıq hay-küy salırlar. Düşünürəm ki, bunun nəticəsi bizim xeyrimizə olacaq. Azərbaycana qardaş olan və onu istəyən dövlətlər dünyada çoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB