Araz Əlizadə: “Bunlar Balaqanov kimi acgözdürlər” MÖVQE

Araz Əlizadə: “Bunlar Balaqanov kimi acgözdürlər” MÖVQE

"Cəmil Həsənli və onun kimiləri ABŞ-a ancaq pul almağa gedirlər. Sonra aldıqları pulların müqabilində nə qədər əxlaqsızlıq etdikləri, vətənlərinə üz çevirdikləri barədə hesabat verirlər. Bunların ABŞ səfərlərini ancaq belə xarakterizə edərdim". Bu fikirləri SİA-ya Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Cəmil Həsənlinin ABŞ-a səfərini şərh edərkən deyib.

Milli Şuranın planlaşdırdığı mitinqə də münasibət bildirən Araz Əlizadə onları "Şurik Balaqanov" adlandırıb: "Bir əsərdə belə göstərilib ki, Şurik Balaqanov cibində üç yüz min pulu ola-ola qadının cibinə girir. Niyə? Çünki artıq oğurluğa vərdişkar idi. Yəni, bunlar Balaqanov kimi acgözdürlər, ən əsası isə vətənlərini sevmirlər. Beş manat üçün hər şeylərindən keçməyə hazırdırlar. Belə olan təqdirdə onlardan nə səviyyədə mitinq gözləmək olar ki?"

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə