"Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini 2015" təlimləri" başqa bir kod altında keçirilir. Bu döyüş hazırlığı xilasetmə əməliyyatları adı altında keçirilsə də, əslində iki dövlətin ekstrimal şəraitdə hərbi hava qüvvələrinin fəaliyyətinin koordinə edilməsi məqsədini güdür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, keçirilən hərbi təlimlərin çox böyük əhəmiyyəti var: "Çünki, Azərbaycan ordusu ilə Türkiyə ordusu, xüsusilə hər iki ölkənin hərbi hava qüvvələri ehtimal olunan düşmənə qarşı birgə fəaliyyətin əsas konturlarını cızırlar. Bu konturlar iki istiqamətdə ola bilər. Əgər nəzərdə tutulan düşmən Türkiyə ilə Azərbaycan arasındadırsa onda döyüş tapşırıqları hər bir dövlətin öz ərazisindən həyata keçirilə bilər. Əgər hədəf seçilən düşmən hər iki ölkənin ərazisindən kənarda yerləşsə, o zaman hər iki tərəfin hərbi hava qüvvələri həmin dövlətin ərazisinə keçərək qəfil sarsıdıcı zərbələr vuraraq geriyə çəkilə bilər. Bir sözlə müxtəlif döyüş tapşırıqları var. Bu tapşırıqların hələ ki, ilkin formaları işlənib hazırlanıb. Keçirilən təlimlərdə əsas məqsədlərdən biri də müxtəlif tipli təyyarələrin döyüş zamanı bir-birinə uyğunlaşmasını təmin etməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB