Bu gün Lənkəran şəhərində Heydər Əliyev Mərkəzdə YAP Lənkəran şəhər Gənclər Birliyinin IV konfransı olub. SİA-nın verdiyi məlumata görə, qonaqlar ilk növbədə Lənkəran şəhərində Ulu Öndər Heydər Əliyevin şərəfinə ucaldılmış abidə önünə gül dəstələri qoyublar. Konfransı giriş sözü ilə açan YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Bürhan oğlu Dadaşov gəncləri salamlayaraq konfransın işinə uğurlar arzulayıb.
Çıxışına davam edərək deyib: "Xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etmiş, onların ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid dövlət gənclər siyasətinin həyata keçirilməsinin zəruri olduğunu vurğulamış, "Gənclər dövlətimizin, müstəqilliyimizin dayağıdır" demişdir. Ümummilli lider tərəfindən əsası qoyulan gənclər siyasəti bugün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün inamla demək olar ki, möhtərəm prezidentiiz, Partiyamızın sədri cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində Azərbaycan dövlətinin gələcəyi inamlı əllərdədir. Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər birliyi respublikamızın ən öndə gedən və keyfiyyətli gənclər təşkilatıdır".
Sonra isə, YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin sədri Yalçın Əliyev hesabat məruzəsi ilə çıxış edib. O, çıxışına davam edərək deyib: "Gənclərin ictimai-siyasi fəallığını daha da artırmaq məqsədi ilə rayonda Heydər Əliyev irsinin təbliğinə həsr olunmuş məşğələlər, Azərbaycanda dövlət gənclər siyasətinin və Azərbaycan Gəncliyi Dövlət Proqramının həyata keçirilməsinə istiqamətləndirilmiş müxtəlif mövzularda dəyirmi masalar, tematik görüşlər, sosial şəbəkələrdə gənclərin müzakırələrdə aktiv iştirakı üçün seminar treninqlər, müxtəlif idman yarışları və digər tədbirlər keçirilib. Gənclərin seçki kampaniyalarına fəal qoşulmaları, qərarqəbuletmə məsələlərində iştirakları təmin olunmuşdur. Hər il Yeni Azərbaycan Partiyası tərəfindən təşkil olunmuş "Yay məktəbi" layihəsi çərçivəsində gənclərin asudə vaxtlarının düzgün qiymətləndirilməsi, onların bir-biriləri ilə sıx təmasda olması və ümumilikdə gənclər siyasətinin sadəcə mərkəzdə deyil, eləcə regionlarda da həyata keçirilməsini təmin etmək məqsədi ilə keçirilən tədbirdə Lənkəran gəncləri də təşkil olunmuş idman və intelektual yarışlarda aktiv iştirak etmişlər".
Sonra hesabat məruzəsi ətrafında çıxışlar olub. Humanitar Kollec ərazi ilk təşkilatı Gənclər təşkilatının sədri Nuranə Əliyeva, Lənkəran Dövlət Universiteti ərazi ilk təşkilatı Gənclər təşkilatının sədri Emin Həmidli, YAP Lənkəran Gənclər Birliyi İdarə Heyətinin üzvü Ramin Höccətov çıxış edərək rayon Gənclər Birliyinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Yalçın Raqif oğlu Əliyev yenidən YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin sədri seçilib. 23 nəfərdən ibarət Şura və 11 nəfərdən ibarət Gənclər Birliyinin İdarə Heyətinin üzvləri seçilib.
Respublikamızda keçiriləcək Gənclər Birliyinin növbəti Qurultayına 4 nəfər tərkibdən ibarət nümayəndənin adlı siyahısı təsdiq edilib. Konfransın sonunda YAP Siyasi Şurasının üzvü, "İki Sahil " qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək respublikamızda gənclərə verilən böyük imkanlardan, yaradılmış yüksək şəraitdən və cənab Prezidentimiz İlham Əliyevin gənclərimizə daima diqqəti diqqət və qayğısından danışıb.
Konfransın işində iştirak edən YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov çıxış edərək yeni seçilmiş heyyətə uğurlar arzulayıb.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB