Qabil Hüseynli: “Bu dövlətlər erməniləri qaz kimi oynadırlar” AÇIQLAMA

Qabil Hüseynli: “Bu dövlətlər erməniləri qaz kimi oynadırlar” AÇIQLAMA

"Əgər Rəcab Tayib Ərdoğan bu tədbirə qatılarsa, onda bu addım Türkiyə kimi nəhəng bir dövlətin xırda Ermənistana təslim olması anlamını daşıyar". Bu fikirləri SİA-ya politoloq Qabil Hüseynli Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın qondarma erməni soyqırımınən yüz illiyinə həsr edilən tədbirində iştirak edib-etməyəcəyinə münasibətini bildirərkən deyib.

Politoloq bildirib ki, Osmanlı imperyasına xəyanət edən ermənilərin bir əyalətdən digər əyalətə köçürülməsi prosesi heç zaman soyqırımı adlandırılmalı deyil: "Əgər belə bir hadisə olmayıbsa və Türkiyədə bunu təsdiq edən faktlar varsa soyqırımından söhbət gedə bilməz. Buna soyqırımı donu geyindirməyə çalışmasınlar. Maksimum 850 min erməni bir əyalətdə yaşayırdısa 1 milyon yarım hardan çıxarıldı?! Və yaxud, əgər orada məskunlaşan ermənilərin hamısını qırıblarsa Suriyaya, Misirə, Fransaya, ABŞ-a köçürülənlər hardan çıxdı?! Bu prosesə qatılmağa heç kimin haqqı yoxdur! Çünki bu kimi addım həm də Türkiyə dövlətçiliyinə xəyanət kimi qiymətləndirilə bilər. Eyni zamanda, "anma mərasim"inə qatılanlar həmin dövrdə şəhid olmuş Azərbaycan və Osmanlı türklərinin ruhuna qarşı sayqısızlıq etmiş olarlar".

Qabil Hüseynli həmçinin qeyd etdi ki, qondarma soyqırımının anım mərasiminə qatılacaq dövlət rəsmilərinin böyük əksəriyyəti xristian ailəsinin təmsilçiləri olacaq: "Bu dövlətlər də öz məqsədləri üçün erməniləri qarşılarında qaz kimi oynadanlardır".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə