Politoloq: “Nemtsovun qətli Rusiya-Qərb qarşıdurmasını davam etdirmək üçün resursdur”
Nə üçün Boris Nemtsov?

"Rusiya müxalifətin liderlərindən biri Boris Nemtsov qətli Ukraynadakı qeyri-müəyyən vəziyyəti, Rusiya-Qərb qarşıdurmasını davam etdirmək üçün resursdur". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Nemtsovu öldürənlər çalışır ki, bu hadisədən Avropa Rusiyaya qarşı bir az da həssas olsun, qıcıqlansın: "Son vaxtlar Avropa Ukraynadan bir az əl çəkib. Yəni Avropa ilə Ukrayna arasında real iş getmir. Məsələn, Ukrayna prezidenti Petro Poreşenkonu iclaslara dəvət etmirlər, Ukrayna-Avropa İttifaqı müştərək komissiyası Ukrayna üçün kredit alınması ilə bağlı keçiriləcək iclası təxirə salır. Belə bir vaxtda bu hadisəni törətdilər ki, Rusiyaa bir az da günahkar görünsün və Ukrayna münaqişəsi uzansın".

Politoloq bildirib ki, Nemtsovun ölümü Rusiya daxilində vəziyyəti gərginləşdirəcək: "Çünki, Nemtsov Kremlin bir neçə metrliyində öldürülüb. Ona görə də Nemtsovun tərəfdarları onun öldürüldüyü yeri ziyarətgaha çevirməyə və orada daimi mitinqlər keçirməyə çalışacaqlar. Bu əslində mitinq yaratmaq üçün böyük bir stimuldur. Hesab edirəm ki, hadisənin törədilməsində əsas məqsədlərdən biri Rusiya daxilindəki vəziyyəti gərginləşdirmək, Vladimir Putinə psixoloji təzyiq etməkdir. Hadisələrin sonunun hara gedib çıxacağını gözləmək üçün xeyli vaxt lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə