"Özünü radikal sayan partiyaların namizədlərinin xaricə gətməsi artıq bir dəb halını alıb". Bu sözləri SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri Tahir Kərimli deyib.
Onun sözlərinə görə, xaricə getmək üçün verilən üzvlük vəsiqələri müəyyən maddi vəsait hesabına verilir: "Bu yolla xaricə gedən şəxslər də məhz o dövlətlərdən siyasi sığınacaq almaq ümidi ilə ora yollanırlar. Siyasi sığınacaq alan şəxslər də bu addımları ilə Azərbaycanın beynəlxalq aləmdəki imicinə böyük zərbə vurmuş olurlar. Mən hesab edirəm ki, bu cür hallar çox qorxulu tendensiyalardır. Bu cür addımların qarşısını almaq lazımdır. Həmin şəxslərə arayışların, üzvlük vəsiqələrinin satılması, bağışlanması çox mənfi ənənədir. Təklif edərdim ki, bu partiyaların rəhbərləri papaqlarını qabaqlarına qoyub, yaxşı fikirləşsinlər və bu cür siyasi şoubazlıqdan, saxtakarlıqlardan çəkinsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB