Partiya sədri:““Milli Şura”da Cəmil Həsənli və qovluğundan başqa…”
"Artıq cəmiyyət bilir ki, "Milli Şura"da Cəmil Həsənli və qovluğundan başqa gözə dəyən bir şey yoxdur". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.
Onun sözlərinə görə, onlar qurumun adından istifadə etməyə çalışırlar: "Bu adamlar çalışır ki, "Milli Şura" adından istifadə edərək gündəmdə qalsınlar. Eyni zamanda kimlərəsə, göstərmək istəyirlər ki, guya Azərbaycanda belə bir qurum var və o müxtəlif partiyaları öz ətrafına cəmləyə bilir, Gerçəklik isə belə deyil. Onlar sadəcə özlərini aldatmaqla məşğuldurlar. Çünki, hər şey, kimin varlığı, yoxluğu aydın görünür".
Patiya sədri əlavə edib ki, Azərbaycanda mətbuat azadlığı var: "Bu gün mətbuat bu qurum daxilində baş verənləri aydın işıqlandırır. Gerçəkliyin nədən ibarət olduğunu elə mətbuatdan da öyrənmək olar. Ona görə də bu qurumun AXCP-yə birləşməsinə ehtiyac yoxdur. Çünki onlar onsuzda birdirlər".
M. Səfərli qeyd edib ki, Azərbaycanda hər kəs "Milli Şura"da baş verənləri yaxşı bilir: "Sadəcə onlar beynəlxalq təşkilatların, xarici dövlətlərin gözündən pərdə asmaq üçün bundan istifadə edirlər. Amma, reallıq bundan ibarətdir ki, "Milli Şura" adlı bir qurum yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB