Partiya sədri: “Müxalifətin aksiyası baş tutmayacaq"

Partiya sədri: “Müxalifətin aksiyası baş tutmayacaq"

"Azərbaycan dövləti bu gün iqtisadi siyasətini ən yaxşı formada tənzimləmək üçün əlindən gələni edir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.
Onun sözlərinə görə, Azərbaycan başqa planetdən gələn bir ölkə deyil. Azərbaycan bütün hallarda regiondakı prosseslərlə, dünya iqtisadiyyatı ilə həmahəng şəkildə öz iqtisadi siyasətini quran bir dövlətdir: "Müəyyən məsələlər var ki, təkcə iqtisadi prosseslərlə bağlı deyil. Hazırda bəzi müxalifət partiyaları da, pozitiv olmayan kiçik bir hadisə baş verdiyi anda ondan istifadə etməyə çalışır. Bugünkü şəraitdə dolların qalxması da məhz həmin kontekstəndir. Hazırda bəzi sahibkarların süni qiymət artımı fonunda, bəzi müxalifət dairələri də süni problemlər yaratmağa çalışırlar. Həmin o sahibkarlarla müxalifət dairələrini birləşdirən də məhz o süni xüsusiyyətlərdir. Hesab edirəm ki, kiçik bir addımı böyük problemə çevirən müxalifət dairələrinin heç bir aksiyası baş tutmayacaq. Bu cür işlər isə məhz Əli Kərimlinin üslubuna uyğundur".

Bütün xəbərlər Facebook səhifəmizdə