27 fevral 2015-ci il tarixdə YAP Siyəzən rayon təşkilatının Gənclər Birliyinin III hesabat-seçki konfransı keçirildi. Konfransda YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak edirdi. Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər.
Sonra konfransı giriş sözü ilə YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov açaraq YAP Gənclər Birliyinin yaranma tarixindən və onun gördüyü işlərdən, qazandığı nailiyyətlərdən danışdı. Daha sonra Siyəzən rayon təşkilatının Gənclər Birliyinin Rəşad Rəhmanov hesabat məruzəsi ilə çıxış etdi. O, öz məruzəsində hesabat dövrü ərzində görülən işlər, keçirilən tədbirlər və qarşıda duran vəzifələr haqqında konfrans iştirakçılarına geniş məlumat verdi. R.Rəhmanov bildirdi ki, YAP Siyəzən rayon təşkilatının 3399 nəfər üzvünün 930 nəfərini gənclər təşkil edir.
Hesabat məruzəsi dinlənildikdən sonra məruzə ətrafında çıxış edən partiya fəallarından Ramilə Seyidova, Şəms Hüseynova və YAP Siyəzən rayon təşkilatının aparat rəhbəri İxtiyar İsayev çıxış edərək ölkədə həyata keçirilən gənclər siyasətindən, gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafında söz açdılar. Onlar qeyd etdilər ki, gənclərlə bağlı dövlət siyasətindən danışarkən ölkə başçısının dövlət qurumlarında çalışanlara yaş senzinin tətbiqi ilə əlaqədar sərəncamı da xüsusi qeyd edilməlidir. Heç şübhəsiz ki, bu qərar gənc kadrların dövlət idarəçiliyinə cəlb edilməsi, onların potensialından daha mükəmməl şəkildə yararlanmağa hesablanmış bir addımdır.
Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. "Bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir" deyən prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi və dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirib və bu iş davam etməkdədir.
Tədbirdə YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək qeyd etdi ki,
Ümummilli lider özünün xüsusi bacarıq və idarəçilik istedadını Vətəninin inkişafına sərf etməklə, zamanın tələblərini qabaqlayaraq milli ideyalarını reallığa çevirməyə və onların millətin, o cümlədən Azərbaycan gəncliyinin inkişafının təminatında durmasına müvəffəq oldu. Məhz yeni dövrdə Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yürüdülən bu siyasətin real nəticəsidir ki, Azərbaycan gəncliyi özünün ən xoşbəxt çağlarını yaşayır. Azərbaycan gənclərinin səsi dünyanın ən nüfuzlu universitetlərindən, mötəbər elm turnirlərindən, simpoziumlardan, idman arenalarından eşidilir. Gənclər dövlət qurumlarının ən yüksək məqamlarında yer alıb,
onlara dövlət idarəçiliyi sahəsində ciddi etimad göstərilir. Gənclərin şəxsi biznes maraqları prinsipial olaraq qorunur.
Konfransın sonunda təşkilati məsələlərə baxıldı. YAP Siyəzən rayon təşkilatının Gənclər Birliyinin 21 nəfərdən ibarət Şurası, 9 nəfərdən ibarət idarə heyəti seçildi. Konfrans iştirakçıları yekdilliklə Rəşad Rəhmanovu YAP Siyəzən rayon təşkilatının Gənclər Birliyinin sədri, sədr müavinləri Heydərli Şadil və Hüseynova Şəms seçdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB