""Amnesty İnternational" və bu qəbildən olan təşkilatların Azərbaycana olan münasibəti hər kəsə bəllidir. Amma, onlar nədənsə bu gün dünyanın müxtəlif yerlərində, qərb dövlətlərinin həyata keçirdiyi anti-insani, anti-humanist əməllərdən danışmırlar". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, bu gün belə təşkilatlar İraqda, Liviyada və digər ölkələrdə Qərbin yürütdüyü siyasət nəticəsində baş verən insan faciələrindən söhbət açmır: "Onlar Azərbaycan ərazilərinin işğalı nəticəsində milyondan artıq adamın ən adi insani hüquqlarından məhrum olduğunu dilə gətirmirlər. Ermənistanda və digər ölkələrdə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulduğundan, hətta seçkilərdə prezidentliyə namizədlərin belə güllə ilə vurulduğundan danışmırlar. Cinayətkar Sarkisyanın Xocalı soyqırımında əli olduğuna dair özünün açıqlamasına diqqət etmirlər. Sonsuz bu qəbildən olan faktları nəzərə almırlar və Azərbaycanla bağlı həqiqətə uyğun olmayan bəyanatlar yayırlar".
E. Mirzəbəyli vurğulayıb ki, yayılan bəyanatda müxtəlif maraqlar var: "Belə bəyanatların yayılmasında erməni lobbisinin, Ermənistanı himayə edən, Azərbaycanda iqtisadi və geosiyasi olan dövlətlərin maraqları var. "Amnesty İnternational" kimi təşkilatlar məhz həmin dövlətlər tərəfindən maliyyələşdirildiyi üçün onların sifarişlərini yerinə yetirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB