Rövşən Rzayev: “Beynəlxalq hərbi tribunal qarşısında cavab verəcəklər”
"Xocalı Soyqırımı çox ağrılı məsələdir və bu gün bütün Azərbaycan xalqı çalışır ki, soyqırım siyasətini dünya ictimaiyyətinə geniş şəkildə çatdırsın və biz qarşı tərəfdən ədalətli mövqe gözləyirik". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.
Millət vəkili qeyd edib ki, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində bir çox işlər aparılır: "Xüsusi ilə qeyd etmək istəyirəm ki, Leyla xanım Əliyevanın "Xocalıya Ədalət" kampaniyası çərçivəsində dünyanın bir çox dövlətlərində, Amerikada , Avropada ümumiyyətlə postsovet məkanında olan ölkələrdə kifayət qədər vacib işlər aparılır. Bunun nəticələri də göz qabağındadır ki, Amerikanın bir çox ştatları Xocalı soyqırımı ilə bağlı qərarlar qəbul ediblər, Avropa parlamentində belə qərarlar var, Beynəlxalq təşkilatlar öz mövqeyini bildirir. Bu yaxınlarda İsrailin prezidenti BMT Baş Assambleyasının iclas zamanı Holokosta soyqırımı ilə bərabər Xocalı soyqırımının olduğunu da dilə gətirib. Biz gözləyirik ki, digər dövlət başçıları da bu ədalətli mövqeni dünya ictimaiyyətinə çatdıracaq. Bu istiqamətdə də təbii ki, bütün qurumlar, Azərbaycan xalqı, ümumiyyətlə bu işlərlə daha yaxından məşğul olan bizim həmyerlilərimiz lazımı addımlar atır və biz bunun nəticəsini görəcəyik. Bu nəticəni belə görürəm ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra bizim üzərimizdə Xocalı soyqrımını həyata keçirən bilavasitə iştirakçıları olan və bu gün Ermənistanın siyasi rəhbərliyində yer tutmuş insanlar beynəlxalq hərbi tribunal qarşısında cavab verəcəklər və bizdə bunun şahidi olacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB