"Uzun illər İrəvanın baş polisi vəzifəsində fəaliyyət göstərən Nerses Nəzəryan özünə dəstək ala bilmədiyi üçün, artıq bütün ümidlərini itirib". SİA xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "Aykakan jamanak" qəzeti yazır. Nəşrdə qeyd olunur ki, o, tutduğu yüksək vəzifəsindən istefaya getdikdən sonra onun qurduğu biznesi də böhrana məruz qalıb.
"Xüsusilə, onun oğluna məxsus olan "Moskviçka" supermarketlər şəbəkəsi ciddi böhranla üzləşib. Belə ki, həmin şəbəkəyə aid olan və Saryan küçəsində yerləşən ən böyük dükan artıq bağlanıb. Etibarlı mənbələr isə qeyd edirlər ki, İrəvan polis idarəsinin keçmiş sədri Armen Nəzəryan ABŞ-a mühacirət etməyi düşünür" -deyə, erməni nəşri yazıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB