Azər Ayxan: “Qəzetlərin qiymətini qaldırmaq riskli məsələdir” MÜNASİBƏT

Azər Ayxan: “Qəzetlərin qiymətini qaldırmaq riskli məsələdir” MÜNASİBƏT

"Bəzi qəzetlər tirajlarını azaldıb. Bu da hazırda insanların qəzetlərin elektron variantlarından daha çox istifadə etməsindən irəli gəlir". Bu fikirləri SİA-ya "Yeni Müsavat" qəzetinin baş redkatorunun müavini Azər Ayxan qəzetlərin qiymətinin artıb-artmamasına münasibətini bildirərkən deyib.

O qeyd edib ki, istənilən yerdə internet vasitəsilə qəzetləri izləmək imkanı olur: "Bu baxımdan da qəzetlərin qiymətini qaldırmaq və tirajı azaltmaq bir qədər riskli məsələdir. Kəskin qiymət dəyişimi "Yeni Müsavat"da müzakirə edilmir. Çünki o zaman hər kəs elektron variantdan istifadə edəcək, heç qəzet almağa ehtiyac duymayacaq. Olan-qalan oxucunu da bu şəkildə uzaqlaşdırmaq absurddur. Ölkənin ən strateji sahəsi olan informasiya sahəsinin bu prosesdən zərərlə çıxmaması üçün dövlətimizin kifayət qədər potensialı var".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə